"Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra reyslərində Naxçıvanda hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur.


Postxronika.az bu barədə  AZAL-ın Mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunub ki, sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.