Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Camal Babayev saxlanılıb.
Postxronika.az xəbər verir ki, şübhəli şəxsin yaşadığı ünvana baxış keçirilib. Yoxlama zamanı həmin məkandan aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 22 ədəd çətənə kolu və 10 kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.