​Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində şəhər ərazisində yerləşən obyektlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mübariz Mütəllimov, Tural Yusifov və Tacir Əliyev saxlanılıb.

Postxronika.az xəbər verir ki, araşdırmalar zamanı həmin şəxslərin obyektdən 34 000 manat dəyərində mis naqil oğurlayaraq metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.

​Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.