Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının iyulun 4-də və 5-də keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 37 kiloqramdan artıq narkotik vasitə və 1979 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.

Postxronika.az xəbər verir ki, keçirilən digər tədbirlərlə yabanı halda bitmiş 1800 ədəd xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

​Həmçinin həmin tarixlərdə dələduzluq əməllərinə görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

​Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilib.