Sosial şəbəkələrdə Şıx çimərliyi ərazisində Xəzər dənizinə boru vasitəsilə çirkab su axıdıldığı iddiasını əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub.

Postxronika.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) açıqlama yayıb.

Qurumdan bildirilib ki, görüntülərdə müşahidə olunan axıntı çirkab su deyil. Bildirilib ki, həmin su dənizin dibdərinləşdirmə işləri zamanı çıxarılan qum və çöküntülərlə qarışmış dəniz suyudur.

ADSEA həmçinin vətəndaşları təsdiqlənməmiş məlumatlara inanmamağa çağıraraq, ictimaiyyətə yalnız rəsmi mənbələr tərəfindən yayılan informasiyalara etibar etməyi tövsiyə edib.