Azərbaycanda ali məktəblərə qəbul zamanı ən yüksək rəqabət ənənəvi olaraq III ixtisas qrupunda müşahidə olunur.

Postxronika.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) 2025/2026-cı tədris ili üzrə açıqladığı statistikaya əsasən, ali təhsil müəssisələrinin qəbul planı 96,27 faiz dolub. Ümumilikdə 57 min 236 nəfər tələbə adını qazanıb.

Statistikaya görə, plan yerlərinin ən yüksək doluluq faizi III ixtisas qrupunda qeydə alınıb. Bu isə hüquq, beynəlxalq münasibətlər, dövlət idarəçiliyi, jurnalistika və digər sosial-humanitar ixtisaslara marağın yüksək olaraq qaldığını göstərir.

Bununla yanaşı, son illərdə informasiya texnologiyaları, proqram mühəndisliyi, kibertəhlükəsizlik və süni intellekt istiqamətlərinə maraq da sürətlə artır.