Azərbaycanda son illərdə nikahların sayında azalma, boşanmaların sayında isə artım tendensiyası müşahidə olunur.

Postxronika.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yayıb. Komitənin açıqladığı son tam illik statistikaya əsasən, 2025-ci ildə ölkədə 48 min 546 nikah, 20 min 675 boşanma qeydə alınıb. 2026-cı ilin yanvar-fevral aylarında isə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5 min 250 nikah və 3 min 376 boşanma rəsmiləşdirilib.

Qeyd edək ki, 2026-cı ilin tam illik statistikası hələ açıqlanmadığından yekun göstəricilər ilin sonunda məlum olacaq.