Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının iyulun 6-da keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq əməllərinə görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Postxronika.az xəbər verir ki, həmin tarixdə keçirilən digər uğurlu tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.