Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün vahid geyim tələbinin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişiklik edilib.

Postxronika.az xəbər verir ki, Milli Məclis bununla bağlı “Ümumi təhsil haqqında” qanuna dəyişiklik layihəsini III oxunuşda qəbul edib. Qəbul olunan dəyişiklik təhsilverənlər üçün müəyyən ediləcək geyim tələblərinin hüquqi əsasını formalaşdırır. Yeni norma dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərə şamil olunacaq.