Türkiyənin ev sahibliyi ilə bu gün başlayacaq 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə toplantısının hazırlıqları tamamlanıb.

Postxronika.az "Haber Global" telekanalına istinadən xəbər verir ki, iki gün davam edəcək sammitdə NATO-ya üzv olan 32 ölkənin dövlət və hökumət başçıları, minlərlə diplomat, jurnalist və dəvətli qonaqlar qəbul ediləcək.

​Təhlükəsizlikdən logistikaya, kommunikasiyadan texnologiyaya qədər bütün hazırlıqların başa çatdığı zirvə toplantısı çərçivəsində liderlər alyansın çəkindiricilik və müdafiə potensialının gücləndirilməsi, Avropa-Atlantika təhlükəsizliyi, müdafiə xərcləri, gələcəyə dair strateji hədəflər, eləcə də regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

​Məlumata görə, sammit çərçivəsində iştirakçılara Esenboğa, Ankara və Mürted hava limanları xidmət göstərəcək. Yüksək səviyyəli tədbirin təhlükəsizliyini təmin etmək məqsədilə 48 min 841 polis, 7 min 447 jandarm və 639 kibertəhlükəsizlik əməkdaşı olmaqla, ümumilikdə 56 min 927 nəfərlik şəxsi heyət cəlb olunub.