Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə start verilib. Bakı şəhəri üzrə dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin qeydiyyatı 9 iyul 2026-cı il saat 11:00-dan etibarən aktiv olacaq.
Postxronika.az xəbər verir ki, elektron qəbul prosesi yaş qruplarına uyğun olaraq iki mərhələdə aparılacaq. Belə ki, qeydiyyat sistemi 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da istifadəyə veriləcək.