Süni intellektin inkişafı qlobal əmək bazarında peşələrin strukturuna ciddi təsir göstərməkdə davam edir.
Postxronika.az xəbər verir ki, Dünya İqtisadi Forumunun 2025-ci il hesabatına əsasən, 2030-cu ilədək dünyada 92 milyon mövcud iş yerinin sıradan çıxacağı, əvəzində isə 170 milyon yeni iş yerinin yaranacağı proqnozlaşdırılır. Hesabatda inzibati işlər, kassirlər, katib köməkçiləri və bəzi mühasibat sahələrinin ən çox risk altında olduğu bildirilir. Eyni zamanda, süni intellekt, böyük verilənlər, kibertəhlükəsizlik və proqram təminatı istiqamətlərində ixtisaslara tələbatın artacağı qeyd olunur.