İyulun 6-da Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin inkişafına töhfə vermək məqsədilə yaradılmış Türkiyə ədəbiyyatı bölümünün rəsmi açılış mərasimi keçirilib.

Postxronika.az xəbər verir ki, tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Çıxış edənlər yeni bölümün Azərbaycan-Türkiyə qardaşlığının, ortaq dil, tarix və mədəni dəyərlərin təbliğinə xidmət edən növbəti mühüm təşəbbüs olduğunu bildiriblər. Qeyd olunub ki, bu cür layihələr iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın daha da möhkəmlənməsinə və gənc nəslin ortaq dəyərlər əsasında formalaşmasına töhfə verir.

Tədbirin sonunda iştirakçılar kitabxanada yaradılmış bölümlə tanış olublar. Burada türk ədəbiyyatının klassik və müasir nümunələri nümayiş etdirilib, yeni bölmənin oxucular üçün mühüm mütaliə və maarifləndirmə məkanı olacağı vurğulanıb.