Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq müqaviləyə qoşulması barədə Qanunu imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikası 1875-ci il mayın 20-də Paris şəhərində imzalanmış “Metrik Konvensiya”ya qoşulub.
Postxronika.az xəbər verir ki, qanun layihəsi daha əvvəl Azərbaycan Respublikası Konstitusiyasının müvafiq bəndinə uyğun olaraq Milli Məclisdə müzakirə edilərək qəbul olunub.
Dövlət başçısı tərəfindən imzalanan qanun cari ilin iyunun 30-da təsdiq edilib.