Əmək pensiyalarının iyul ayı üzrə ödəniş qrafiki məlum olub.
Postxronika.az xəbər verir ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən etibarən ödənilməsi nəzərdə tutulur.
Rayonlarda qeydiyyatda olan pensiyaçıların, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının isə bu ayın 22-dən gec olmayaraq hesablarına köçürülməsi planlaşdırılır.
Ödənişlər müəyyən edilmiş qrafikə uyğun şəkildə həyata keçiriləcək.