Paytaxtın Binəqədi rayonu, Bakı-Sumqayıt şosesində, “Şamaxinka” tunelindən çıxış hissəsində nəqliyyat vasitələrindən birində yanğın baş verib.

Postxronika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hadisə səbəbindən həm “Xırdalan” dairəsi, həm də metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması məqsədilə zəruri tədbirlər görülür.