Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatları tarixində antirekordun müəllifi olub. Təcrübəli hücumçu eyni turnir ərzində iki penalti zərbəsini qola çevirə bilməyən ilk futbolçu kimi tarixə düşüb.

Postxronika.az xəbər verir ki, Messi Misir millisinə qarşı keçirilən qarşılaşmanın 21-ci dəqiqəsində təyin olunan 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

​Bundan əvvəl isə o, qrup mərhələsinin ikinci turunda Avstriya seçməsi ilə baş tutan və Argentinanın 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdə penalti zərbəsini qaçırmışdı.

​Beləliklə, Messinin dünya çempionatlarında oyun vaxtı yerinə yetirdiyi, lakin qola çevirə bilmədiyi penaltilərin ümumi sayı dördə çatıb. Bu, turnirin tarixi ərzində ən zəif göstərici hesab olunur.