ABŞ Prezidenti Donald Tramp İspaniya ilə ticarət etmək istəmədiyini bildirib və bu ölkəni NATO-da “dəhşətli tərəfdaş” adlandırıb.
Postxronika.az xəbər verir ki, NATO-nun Ankara sammitində iştirak edən Tramp mövzu ilə bağlı kəskin bəyanatlarla çıxış edib:
“Artıq İspaniya ilə heç bir ticarət biznesi istəmirik. İspaniya NATO-da dəhşətli tərəfdaşdır. Onlar əməkdaşlıqda iştirak etmirlər, pul ödəmirlər. Mən İspaniya ilə hər hansı əlaqənin olmasını istəmirəm”.
Tramp, həmçinin ABŞ-nin Maliyyə Naziri Skott Bessentə İspaniya ilə ticarəti dərhal dayandırmağı tapşırıb:
“Xahiş edirəm ki, İspaniya ilə bütün ticarəti, o cümlədən səfərləri dayandırın... Mən onlarla ticarət etmək istəmirəm. Bu tapşırığı dərhal yerinə yetirin”.
ABŞ Prezidenti İranla müharibə zamanı kifayət qədər dəstək almadığına görə NATO-dan “narazı” olduğunu da bir daha diqqətə çatdırıb.