Bu gün Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı qeyd olunur. Milli diplomatik xidmətin yaradılmasının 107-ci ildönümü tamam olur.
Peşə bayramı münasibətilə Azərbaycan diplomatlarının ölkənin milli maraqlarının qorunması, xarici siyasətin həyata keçirilməsi və beynəlxalq əlaqələrin inkişafındakı xidmətləri qeyd olunur. Bu münasibətlə diplomatik xidmət orqanlarının bütün əməkdaşlarına fəaliyyətlərində uğurlar, ölkəmizin beynəlxalq arenada nailiyyətlərinin davamı arzulanır.