Bu il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 85 milyard 768,9 milyon ABŞ dollarına çatıb.

Postxronika.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur. Məlumata əsasən, iyun ayı ərzində ölkənin strateji valyuta ehtiyatları 2 milyard 669,7 milyon ABŞ dolları azalıb.

Qeyd edək ki, 2025-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib.