Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32 milyard 388,8 milyon manat dəyərində mal satılıb.
Postxronika.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 % artıb.
Qeyd edək ki, bu ilin yanvar-may aylarının yekununda ölkədə pərakəndə ticarət dövriyyəsində real artım 3,8 % təşkil etmişdi.