İyulun 10-u saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Postxronika.az xəbər verir ki, 22 yaşlı Amin Cəfərovun idarə etdiyi motosikletlə, onunla eyni istiqamətdə hərəkətdə olan digər motosikletçi – 21 yaşlı Elşən Hüseynovun idarə etdiyi nəqliyyat vasitəsi toqquşub.

​Yüksək sürət və kobud qayda pozuntuları səbəbindən baş verən ağır qəza nəticəsində sürücülərdən Amin Cəfərov aldığı xəsarətlərdən hadisə yerindəcə həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.