Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasında işgüzar səfərdədir.
Postxronika.az Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Müştərək Hərb İnstitutunda "Müştərək qərargahın idarəedilməsi", həmçinin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri institutlarında keçirilən "Qərargahın idarəedilməsi" kurslarının buraxılış mərasimində iştirak edib.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan məzunları təbrik edərək gələcək xidmətlərində onlara uğurlar arzulayıb.
Mərasim zamanı general-polkovnik Zakir Həsənov kursları müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları şəxsən təqdim edib. Rəmzi yaş kötüyünə emblemlər vurulduqdan sonra digər məzunlara da sertifikatlar paylanılıb.
Tədbir xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb.