ABŞ-nin əsas respublikaçı senatorlarından biri olan və Donald Trampın ən sadiq müttəfiqlərindən sayılan Lindsi Qrem 71 yaşında dünyasını dəyişib.

Postkronika.az xəbər verir ki, bu barədə məlumat siyasətçinin ofisi tərəfindən "X" şəbəkəsində yayılıb. Rəsmi açıqlamada onun "qısa və qəfil xəstəlikdən" sonra vəfat etdiyi bildirilsə də, ABŞ mediası şənbə gecəsi senatorun evinə ürək dayanması (infarkt) çağırışı ilə təcili tibbi yardımın gəldiyini qeyd edib.

Donald Tramp sosial şəbəkə hesabında mərhum senatorla bağlı paylaşım edərək, onu daim çalışan "əsl Amerika vətənpərvəri" adlandırıb.