Akademik avarçəkmə üzrə gənclərdən ibarət Azərbaycan millisinin üzvü Azər İlyasov Litvanın Şaulyay şəhərində keçirilən Açıq Litva çempionatında gümüş medal qazanıb.
Postxronika.az xəbər verir ki, hazırda Litvada təlim-məşq toplanışında olan idmançı yerli avarçəkənlərlə yanaşı, ABŞ, İsveçrə və İsraildən olan rəqiblərlə mübarizə aparıb. Azər İlyasov 15 idmançının iştirak etdiyi yarımfinal mərhələsini uğurla başa vuraraq həlledici yürüşə vəsiqə qazanıb.
Yağışlı və küləkli hava şəraitində keçirilən A finalında təmsilçimiz 2000 metr məsafəni 7 dəqiqə 52 saniyəyə qət edib. O, yalnız ev sahibi ölkənin idmançısından geri qalaraq yarışın gümüş medalına sahib çıxıb.