IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də iştirakçılar Xankəndi şəhərinə və Xocalı rayonuna səfər ediblər.

Postxronika.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məlumatına görə, qonaqlar əvvəlcə Xocalı Memorial Kompleksini ziyarət edərək faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.

Daha sonra forum iştirakçıları Xankəndidə aparılan tikinti və infrastruktur işləri ilə tanış olublar. Onlara şəhərdə həyata keçirilən yenidənqurma və bərpa layihələri barədə ətraflı məlumat verilib. Media nümayəndələri tarixi ədalətin və Qələbənin rəmzi kimi yaradılan Zəfər parkını da ziyarət ediblər. Səfər Xocalı rayonunda davam edib.

Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumu beynəlxalq jurnalistlərin Qarabağda həyata keçirilən bərpa və quruculuq proseslərini yerində izləməsi və onlarla yaxından tanış olması baxımından mühüm əhəmiyyət daşıyır.