Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib.
Postxronika.az xəbər verir ki, ali qonağı Füzuli Beynəlxalq Hava Limanında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar. Hava limanında Slovakiya və Azərbaycanın Dövlət bayraqları dalğalanıb, Prezident Peter Pelleqrininin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.