İyulun 13-də ölkə ərazisində qeydə alınan 37, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin üstü polis əməkdaşları tərəfindən isti izlərlə açılıb.

Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, həyata keçirilən tədbirlər nəticəsində axtarışda olan ümumilikdə 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 55-i borclu şəxs qismində axtarışda olanlardır.

Gün ərzində həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 5 fakt müəyyən edilib.

Bundan başqa, əməliyyat-axtarış tədbirləri çərçivəsində cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.