Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə tutulan 20 manatlıq dövlət rüsumu ləğv edilir.
Postxronika.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, yeni “Qaz təchizatı haqqında” Qanunda qaz qurğularının xəritələrinin (sxemlərinin) sifarişçilərə dövlət rüsumu müqabilində verilməsi ilə bağlı müddəa nəzərdə tutulmadığı üçün “Dövlət rüsumu haqqında” Qanundan da müvafiq norma çıxarılır.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və bir oxunuşda qəbul edilib.