Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təhsil sistemində süni intellekt həllərinin tətbiqi ilə bağlı açıq tender elan edib.
Postxronika.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 2 milyon 499 min 299 manat təşkil edir.
Tender sənədlərinə əsasən, layihə çərçivəsində təhsil müəssisələri üçün süni intellekt əsaslı davamiyyət və giriş-çıxışa nəzarət platformasının hazırlanması, şagirdlər üçün adaptiv və fərdiləşdirilmiş öyrənmə sisteminin, müəllimlər üçün isə avtomatlaşdırılmış qiymətləndirmə platformasının yaradılması nəzərdə tutulur.
Bununla yanaşı, generativ süni intellekt əsaslı tədris köməkçisi platformasının genişləndirilməsi və təkmilləşdirilməsi də satınalma predmetinə daxildir.