UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubu ilə "Sabah" arasında cavab oyunu başa çatıb.
Postxronika.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Park Hall” stadionunda keçirilən qarşılaşmada rəqibini 2:1 hesabı ilə məğlub edib.
Matçda qolları 28-ci dəqiqədə Coy Lens Mikels və 42-ci dəqiqədə Rəhman Daşdəmirov vurub.
İlk oyundakı üstünlüyünü qoruyan və iki oyunun nəticəsinə əsasən TNS-i ümumi 4:1 hesabı ilə üstələyən "Sabah" II təsnifat mərhələsinə yüksəlib. Təmsilçimizin bu mərhələdəki rəqibi Finlandiyanın "KuPS" klubu olacaq.