2026-cı ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara ümumilikdə 312 mindən çox xidmət göstərilib.
Postxronika.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Bildirilib ki, göstərilən xidmətlərin 180 minə yaxını “Bakı KOB evi”nin, 90 minə yaxını “Yevlax KOB evi”nin, 2 mindən çoxu mart ayında fəaliyyətə başlayan “Gəncə KOB evi”nin, 700-ə yaxını “Şuşa KOB evi”nin, 10 mindən çoxu “Xaçmaz KOB evi”nin, 32 mindən çoxu isə Xaçmaz KOB evinin Xudat şəhərində yerləşən xidmət mərkəzinin payına düşüb.
Məlumata görə, göstərilən xidmətlərin 272 minə yaxını dövlət qurumları (G2B), 40 mindən çoxu isə özəl sektor (B2B) tərəfindən təqdim edilib. Sahibkarlar əsasən yükdaşımaları üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması, eləcə də vergi, gömrük, poçt və kommunal xidmətlərlə bağlı müraciətlər ediblər.
Qeyd olunub ki, ilin ilk yarısında KOB evlərində sahibkarların istifadəsinə bir sıra yeni xidmətlər də verilib. Göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edib.
Xatırladaq ki, KOBİA-nın strukturuna daxil olan KOB evlərində sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 400-dən çox G2B və B2B xidməti “vahid pəncərə” prinsipi əsasında təqdim ol