Bu ilin yanvar-iyun ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 276 min 793 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 454 min 992 xidmət göstərilib.

Postxronika.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, xidmət mərkəzlərinə edilən müraciətlərin böyük hissəsi bəyannamələrin təqdim olunması, vergiödəyicilərinin fəaliyyətinin dayandırılması və bərpası, “ASAN İmza” sertifikatlarının verilməsi, fiziki şəxslərin vergi uçotuna alınması və uçot məlumatlarının dəyişdirilməsi ilə bağlı olub.

Məlumata görə, hesabat dövründə vergiödəyicilərindən daxil olmuş 14,7 min yazılı müraciət cavablandırılıb, 2806 vergiödəyicisinin iştirakı ilə 194 görüş keçirilib, 3413 vergiödəyicisinə isə ünvanlı xidmət göstərilib.

Eyni zamanda, ilk altı ay ərzində 145 min 61 müraciət üzrə ümumilikdə 226 min 804 “ASAN İmza” sertifikatı təqdim edilib.