İyulun 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Postxronika.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının həmin tarixdə keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində dələduzluq əməlinə görə axtarışda olan 11 nəfər də saxlanılaraq istintaqa təhvil verilib.