Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Agentliyin təsis edilməsinin 28-ci ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət ediblər.

Postxronika.az xəbər verir ki, ANAMA-nın yaydığı məlumata görə, ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub, məzarı önünə tər gül dəstələri qoyulub.

Daha sonra nümayəndə heyəti görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək xatirəsini ehtiramla anıb və məzarı üzərinə gül dəstələri düzüb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyul tarixli Sərəncamı ilə təsis edilib. Bu il Agentliyin yaradılmasının 28-ci ildönümü tamam olur.