Milli Hidrometeorologiya Xidməti iyulun 19-20-də ölkə ərazisinin bir hissəsində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq yayıb.

Postxronika.az xəbər verir ki, Xidmətin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında, həmçinin Naxçıvan Muxtar Respublikası, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Saatlı, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Daşkəsən, Goranboy, Naftalan və Gəncə şəhərində şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13,9-20,7 metr/saniyə təşkil edəcək.

Milli Hidrometeorologiya Xidməti vətəndaşlara hava şəraitini nəzərə almağı, zəruri təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir.