Bakıda iki azyaşlı bacı-qardaşın evdən qaçdığı bildirilir.
Postxronika.az xəbər verir ki, iddialara əsasən, 2015 və 2018-ci il təvəllüdlü bacı-qardaş uzun müddət valideynləri tərəfindən ailədaxili zorakılığa məruz qalıb. Onların evdən qaçaraq gecəni dəniz sahilində keçirdiyi qeyd olunur.
Məlumata görə, uşaqların bədənlərində müxtəlif yara izləri, saçlarında isə yanıq izləri aşkarlanıb. Hazırda onların sığınacağa yerləşdirildiyi bildirilir.
Həmçinin iddialarda ananın rəsmi qaydada hər iki övladından imtina etdiyi qeyd olunur.
Qeyd edək ki, hadisə ilə bağlı rəsmi qurumların açıqlaması hələlik yoxdur. Rəsmi məlumat təqdim olunacağı təqdirdə xəbər yenilənəcək.