Naxçıvan şəhərində “Geely” markalı minik avtomobili yanıb.
Postxronika.az xəbər verir ki, hadisə şəhərin Əliqulu Qəmküsar küçəsində qeydə alınıb.
Yanğın nəticəsində xəsarət alan olmasa da, avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Alov yaxınlıqdakı ağaca da ciddi ziyan vurub.
Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis cəlb olunub.
Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.