Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu və müxtəlif qoşun növlərinin komandanları Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər ediblər.
Postxronika.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhməramlı əməliyyatının 52-ci ildönümü münasibətilə ŞKTC-yə gəlib. Səfər çərçivəsində nümayəndə heyəti ŞKTC Prezidenti Tufan Erhürman tərəfindən qəbul olunub.
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi bir neçə gün əvvəl Avropa Parlamentinin Kiprlə bağlı qəbul etdiyi qətnaməni qınayaraq, Kipr türklərinə qarşı törədilmiş çoxsaylı qanlı cinayətləri xatırladıb.
Nazirlik bəyan edib ki, Türkiyə ordusunun həyata keçirdiyi əməliyyat Kipr türklərini sistematik hücumlar, qırğınlar və məcburi köçkünlük təhlükəsindən xilas edib.