Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Qusarda təlim-məşq toplanışında olan kişilərdən ibarət milli komandanın üzvləri ilə görüş keçirib.

Postxronika.az xəbər verir ki, görüş zamanı dünya çempionatına hazırlıq prosesi, yarış öncəsi əsas hədəflər, komandanın hazırlıq planı və qarşıda duran vəzifələr müzakirə olunub.

Rəşad Nəbiyev idmançılar və məşqçilər heyətinə dünya çempionatında uğurlar arzulayıb, onların nüfuzlu yarışda yüksək nəticələr əldə edəcəklərinə inandığını bildirib.