Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbin fizika müəllimi Aytac Sadıqova dərs keçmə üsulu ilə sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.
Postxronika.az xəbər verir ki, müəllim şagirdləri dərs prosesinin fəal iştirakçısına çevirməklə fizika fənninə marağı artırmağa çalışır.
Aytac Sadıqova bildirib ki, müasir dövrdə uşaqları yalnız dərsliklə öyrətmək çətindir, çünki onlar sürətli informasiya mühitində böyüyürlər.
Onun sözlərinə görə, müasir müəllim sadəcə bilik ötürən deyil, həmin biliklərin mənimsənilməsində bələdçi rolunu oynamalıdır.
Müəllim qeyd edib ki, sosial şəbəkələrdə dərs prosesini paylaşmaqda əsas məqsədi “Fizika çətin fəndir” stereotipini qırmaq və bu fənnin maraqlı və öyrənilməsi mümkün olduğunu nümayiş etdirməkdir.