İyulun 18-19-da Gəncə İdman Sarayında “Olimpiya Ümidləri” beynəlxalq karate turniri baş tutub.
Postxronika.az xəbər verir ki, Azərbaycan Karate Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda yerli idmançılarla yanaşı, Türkiyə, Pakistan, Gürcüstan və Rumıniyanı təmsil edən ümumilikdə 600 karateçi mübarizə aparıb. Turnirin idarəçiliyini 12-si beynəlxalq dərəcəli olmaqla 32 nəfərlik yerli və xarici hakimlər heyəti həyata keçirib.
Perspektivli idmançıların müəyyənləşdirilməsi və beynəlxalq idman əməkdaşlığının genişləndirilməsi məqsədi daşıyan turnirin açılış mərasimində şəhid ailələrinin üzvləri, qazilər, Milli Məclisin deputatları, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.