Prezident İlham Əliyev “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Postxronika.az xəbər verir ki, Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirəcək və icranın gedişi barədə hər il Azərbaycan Prezidentinə məlumat təqdim edəcək.

Tədbirlər Planının icrasının monitorinqi və qiymətləndirilməsi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

Sərəncamla həmçinin Nazirlər Kabinetinə sənəddən irəli gələn məsələlərin həlli tapşırılıb.