İyulun 25-26-da Azərbaycanın idman paytaxtı Qazax şəhərində velosiped idmanı üzrə Federasiya Kuboku təşkil olunacaq.

Postxronika.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının məlumatına görə, şəhərin mərkəzi küçələrində keçiriləcək yarışda respublikanın müxtəlif bölgələrindən olan velosipedçilər fərdi və qrup ötüşməsi üzrə mübarizə aparacaqlar.

İki gün davam edəcək yarış proqramı çərçivəsində Qazax rayonunun yeniyetmə həvəskar velosipedçiləri üçün də xüsusi yarış keçiriləcək.

Yarışın əsas məqsədi uşaq və yeniyetmələr arasında sağlam həyat tərzini təbliğ etmək, velosiped idmanına marağı artırmaq və bu sahəyə yeni istedadların cəlb edilməsinə dəstək verməkdir.