Almaniyanın "Bavariya" klubu müdafiəçi Konrad Laymerlə müqavilənin müddətini uzadıb.
Postxronika.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yeni müqaviləyə əsasən, Avstriya millisinin futbolçusu 2029-cu ilə qədər Bundesliqa təmsilçisində çıxış edəcək.
Laymer 2025/2026 mövsümündə "Bavariya"nın heyətində bütün turnirlərdə keçirdiyi 47 oyunda 3 qol vurub və 13 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Bavariya" ötən mövsüm Bundesliqada 89 xal toplayaraq Almaniya çempionu olub.