İyulun 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib.
Postxronika.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlər, əməkdaşlığın müxtəlif istiqamətləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.