Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarında yüksək nəticə göstərən bakalavrların sayı ötən illə müqayisədə azalıb.
Postxronika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 2026-cı ildə keçirilən magistraturaya qəbul imtahanlarında 90 və daha yuxarı bal toplayanların sayı 26 nəfər olub. 80 və daha yuxarı bal toplayanların sayı 244 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı isə 1263 nəfər təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə bu göstəricilər müvafiq olaraq 32, 381 və 2019 nəfər olub.
Beləliklə, bu il magistraturaya qəbul imtahanlarında yüksək bal toplayan bakalavrların sayı bütün əsas göstəricilər üzrə ötən illə müqayisədə azalıb.