Nazirlər Kabineti dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı yeni qərar qəbul edib.

Postxronika.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərara əsasən, “Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilib.

Sənəd Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2026-cı il 10 aprel tarixli qanuna, eləcə də Prezident İlham Əliyevin 2026-cı il 29 aprel tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə qəbul olunub.

Qərar 2026-cı il iyulun 21-də imzalanıb.