İyulun 17-də Bərdə rayonu ərazisindən keçən Qarabağ suvarma kanalında batan şəxsin meyiti tapılıb.
Postxronika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 1967-ci il təvəllüdlü Rəsul İbiş oğlu Bünnətovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən aparılan axtarışlar zamanı aşkarlanıb.
Meyit şəxsin batdığı yerdən təxminən 40 kilometr aralıda, Qarabağ kanalının Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.