Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri arasında 21-30 yaş qrupu üstünlük təşkil edir.
Postxronika.az xəbər verir ki, müsabiqənin İşçi Qrupundan verilən məlumata görə, qaliblərdən 11 nəfəri 21-30, 9 nəfəri isə 31-40 yaş qrupuna daxildir.
Qeyd edək ki, final mərhələsində iştirak edən 129 namizəd arasından ən yüksək nəticə göstərən 20 iştirakçı altıncı “Yüksəliş” müsabiqəsinin qalibi seçilib.